Tramp Rusiyaya 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.
Tramp Rusiyaya 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.
“Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə o, Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə çıxışı zamanı deyib.
“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib.
O, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini təkrarlayıb.
Xatırladaq ki, Tramp Rusiyaya verdiyi müddəti azaltmaq qərarına gəldiyini açıqlamışdı.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..