Tramp "The New York Times" qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb
Tramp "The New York Times" qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırıb.
Bu barədə o, "Truth Social"da bildirib.
Amerika liderinin sözlərinə görə, onun üçün "The New York Times"a qarşı böhtan və nüfuzdan salma iddiası qaldırmaq böyük şərəfdir. O, NYT-ni solçu radikal Demokrat Partiyasının ruporu və ölkənin tarixində ən pis qəzetlərdən biri kimi xarakterizə edib. Trampın bəyanatından göründüyü kimi, 15 milyard dollar məbləğində iddia Florida ştatında qaldırılıb.
Ağ Ev rəhbəri nəşri 2024-ci il prezident seçkisində rəqibi, o zaman ölkənin vitse-prezidenti olan Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə və özünə, həmçinin ailəsinə və ətrafına qarşı böhtan atmaqda ittiham edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..