Trampın Putinlə görüş dilemması: "Vaxt itirmək istəməzdim"
Trampın Putinlə görüş dilemması: "Vaxt itirmək istəməzdim"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərar qəbul etməlidir, lakin bunun üçün ona iki gün vaxt lazımdır.
Ağ Evin rəhbəri Rusiya Federasiyasının prezidenti ilə görüşə dair hələ konkret fikri olmadığını vurğulayıb. O deyib: "Vaxtımı boş yerə itirmək istəməzdim".
Daha əvvəl Macarıstanda Tramp-Putin sammitinə hazırlıq işlərinin dayandırıldığı barədə iddialar yayılmışdı. "NBC News" jurnalisti Qarret Haak Ağ Evdəki mənbəyinə istinadla bildirmişdi ki, belə bir qərar ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra qəbul edilib. Söhbət məhsuldar sayılsa da, Tramp hesab edib ki, indiki mərhələdə tərəflər danışıqlara yetərincə hazır deyillər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..