Trampın xüsusi nümayəndəsi Lukaşenkoya arıqlamaq üçün dərman təklif etdi
Trampın xüsusi nümayəndəsi Lukaşenkoya arıqlamaq üçün dərman təklif etdi
ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Minskdə Prezident Aleksandr Lukaşenko ilə danışıqlar zamanı ona arıqlama dərmanları təklif edib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məumata görə, şam yeməyi zamanı Lukaşenko Koulun aprel ayında son görüşündən bəri arıqladığını görüb. Belarus lideri ondan bunu necə etdiyini soruşub. Koul digər xəstəliklərlə yanaşı, 2-ci tip diabet və piylənmənin müalicəsi üçün təyin olunan "Zepbound" dərmanından istifadə etdiyini açıqlayıb. ABŞ Prezidentinin xüsusi nümayəndəsi həmçinin Lukaşenkoya bu məhsulu istehsal edən "Eli Lilly" şirkətinin broşürünü də verib.
Qəzetin məlumatına görə, ABŞ rəsmiləri Belarus prezidenti üçün bu məhsulun tədarükünü təşkil etmək yollarını axtarırlar.
Qeyd edək ki, Lukaşenko dəfələrlə arıqlamaq istədiyini açıq şəkildə bildirib. 2007-ci ildə o, "dəmir pəhrizi"nə əməl etdiyini və 5 kq arıqladığını bildirib.
2016-cı ildə Belarus prezidenti 13 kq arıqladığını iddia edib. O zaman dövlət başçısı Rusiyanın ovaxtkı baş naziri Dmitri Medvedevdən arıqlamaq üçün məsləhət aldığını söyləyib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf