Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Türkiyə Estoniyada reaktiv mərmilərin istehsalı üçün zavod tikəcək.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə “Defense Ekspress” nəşrinə ukraynalı hərbi ekspert İvan Kiriçevski bildirib.
“Türkiyənin müdafiə şirkəti “ARCA Baltics Operations” Estoniyanın “Pıxya-Kivili” sənaye parkında 155 mm-lik artilleriya mərmiləri, müxtəlif kalibrli minaatan mərmiləri və 122 mm-lik reaktiv mərmilərin istehsalı üçün zavod tikəcək”, – o deyib.
O əlavə edib ki, Estoniya Müdafiə Nazirliyinin Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) məlumatına görə, layihənin dəyəri 300 milyon avro təşkil edir. Zavodun 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılır:
“155 mm-lik mərmilər və minaatan sursatları seqmentinə baxsaq, bu cür sursatlara tələbatın birbaşa Estoniyanın özündə olduğu aydındır. Mövcud məlumatlara görə, bu ölkənin ordusunda Cənubi Koreya istehsalı olan təxminən 24 ədəd tırtıllı K9 özüyeriyən artilleriya qurğusu və Fransadan alınmış (2025-ci ilin avqustunda təhvil verilmiş) 12 ədəd təkərli “Sezar” özüyeriyən artilleriya qurğusu var. Bundan əlavə, 81 mm və 120 mm kalibrli 120-dən çox minaatan mövcuddur. Lakin hazırda Estoniya ordusunda 122 mm-lik reaktiv mərmilərin istifadə oluna biləcəyi reaktiv yaylım atəş sistemləri yoxdur. Məsələnin maraqlı tərəfi də məhz bundadır”.
Hərbi ekspert qeyd edib ki, çox güman, türklər bu layihədə Estoniyada istehsal olunacaq 122 mm-lik reaktiv mərmiləri daha geniş Avropa bazarına, o cümlədən Ukraynaya satmağı planlaşdırırlar.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib