Türkiyə Prezident Aparatı: Qəzanın səbəbləri həssaslıqla araşdırılır
Türkiyə Prezident Aparatı: Qəzanın səbəbləri həssaslıqla araşdırılır
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı paylaşım edib.
O, qəzanın səbəblərinin böyük həssaslıqla araşdırıldığını və Türkiyədən Gürcüstana göndərilən xüsusi qrupun hadisə yerini nəzarətə götürdüyünü bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğan hadisənin ilk anlarından etibarən axtarış-xilasetmə işlərini yaxından izləyir, həm Gürcüstan, həm də Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Qəzanın səbəbləri ciddi şəkildə araşdırılır”, — deyə Burhanəddin Duran qeyd edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..