Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.
Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.
Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.
Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.
“Əgər genişmiqyaslı ümumi atəşkəs və sülh sazişi mümkün deyilsə, heç olmasa enerji obyektlərinin hədəf alınmaması və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı məhdud razılaşma əldə edək”, — deyə Türkiyə xarici işlər naziri bildirib.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib