Türkiyə Rusiyanın qarşısının alınması missiyasına qoşulur
Türkiyə Rusiyanın qarşısının alınması missiyasına qoşulur
Türkiyə NATO-nun alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və Rusiyanın qarşısının alınması missiyasına qoşulmağı planlaşdırır. Xüsusilə, söhbət Türkiyə qırıcılarının Estoniya və Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirməsindən gedir.
Bu barədə “Röyters” agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadən yazıb.
Qeyd olunur ki, əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələri Estoniyada yerləşdiriləcək və avqustdan noyabr ayınadək orada qalacaq. Bundan sonra isə Türkiyə qırıcıları bu ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirəcəklər.
Nazirlik xatırladıb ki, Türkiyə 2021-ci ilin yayında Polşanın hava məkanının gücləndirilmiş patrulu missiyasına, eləcə də 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Rumıniyada həyata keçirilən missiyaya qoşulub.
Bundan əlavə, iyul ayında keçirilməsi planlaşdırılan növbəti NATO sammiti məhz Türkiyədə baş tutacaq.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf