Türkiyə XİN-in nümayəndəsi: Zəngəzur dəhlizinin reallaşması Cənubi Qafqazda davamlı sülhə təminat verəcək
Türkiyə XİN-in nümayəndəsi: Zəngəzur dəhlizinin reallaşması Cənubi Qafqazda davamlı sülhə təminat verəcək
Bu ilin avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ rəhbərlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamə böyük tarixi hadisədir.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi, Ankara şəhər Diplomatiya Şurası İdarə Heyətinin üzvü Metin Kılıç deyib.
Onun sözlərinə görə, ABŞ erməni lobbisinin, müxalifətinin və digər separatçıların qarşısında dayanan yeganə gücdür.
M.Kılıç həmçinin bildirib ki, avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin atılması Zəngəzur dəhlizinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir:
“Zəngəzur dəhlizi Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə üzərindən Avropaya dəmiryolu, quru yolu ilə bağlayacaq, bu da Şərq və Qərb arasında mühüm körpü rolunu oynayacaq. Bunun reallaşması, eyni zamanda, Cənubi Qafqazda davamlı sülhə təminat verəcək. Hazırda Ermənistanın da sülhü istəməsi vacib amildir. Artıq Ermənistan bunun fərqindədir ki, Zəngəzur dəhlizindən kənarda qalmaq ölkəsi üçün çox əlverişsizdir. Ən əsası isə Zəngəzur dəhlizi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı blokadadan çıxaracaq”.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..