Türkiyədə daha bir məktəbə hücum planı: 8 şagird saxlanıldı
Türkiyədə daha bir məktəbə hücum planı: 8 şagird saxlanıldı
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən 8 şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb
Report.az Yeni info.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb.
Məlumata görə, Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları Vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. "12/A Avionics" adlı 20 nəfərlik vatsap qrupunda ünsiyyət quran şagirdlərin Şanlıurfa və Qəhrəmanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı müzakirə etdikləri müəyyən olunub.
Jandarma əməkdaşları tərəfindən təhdid mesajlarının aşkarlanmasından sonra genişmiqyaslı araşdırma başlanıb. Əldə edilən məlumatlar əsasında hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər keçirib. Əməliyyat zamanı T.Y. (17 yaş), A.K. (17), A.E.Ö. (17), E.K. (17), R.D. (18), F.G. (17), Ç.S. (17) ve A.Ç. saxlanılıb.
Şübhəlilərin evlərində və rəqəmsal materiallarda axtarışlar aparıldıqdan sonra sübutlar götürülüb.
Onların üçü ifadələri alınmaqla, daha iki nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıblar. Daha bir şübhəli ilə bağlı hansı hüquqi ölçünün götürüldüyü açıqlanmır.







Oxşar -Yeniinfo.az
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...
Rus ordusu bu şəhərə əlavə qüvvələr toplayır