Təbiət hadisəsi nəticəsində Qusarın Ləzə kəndi iki hissəyə ayrılıb
Təbiət hadisəsi nəticəsində Qusarın Ləzə kəndi iki hissəyə ayrılıb
"Ləzə kəndinə gələn palçıq axını nəticəsində hələlik heç bir evə ziyan dəyməyib".
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Aslanşah Abuyev deyib.
O qeyd edib ki, əsas narahatlıq həmin palçıq selinin evlər olan əraziyə axmasıdır:
"Bu gecə saat 2-3-ə kimi ərazidə olmuşuq. Həmin vaxt daha çox axın müşahidə olunub. Ərazidə aidiyyəti qurumların texnikaları var, mümkün qədər axının qarşısını kəsən hissələri açmağa çalışırıq ki, yığılıb qalmasın. Amma birbaşa palçığın içinə girib hansısa texnikanı işlətmək indiki halda mümkün deyil. Hazırda kəndə gələn yollar açıqdır, kəndə gəlməkdə heç bir problem yoxdur. Sel gələn çay kəndin içindən keçdiyi üçün palçığa görə kənd sanki iki hissəyə bölünüb, adamlar o taydan bu taya keçə bilmirlər".







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı