Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
"Daha yüksək təhsil səviyyəsinə malik insanlar orta hesabla daha uzun ömür sürürlər. Onlarda xroniki xəstəliklərin ağır formalarına daha az rast gəlinir".
Bunu Gazeta.ru-ya rusiyalı nevroloq Qalina Çudinskaya bildirib.
Həkim qeyd edib: "Nəyisə öyrənəndə, sınayanda və yenidən dərk edəndə beynimiz neyronlar arasındakı əlaqələri fiziki olaraq yenidən qurur. Bu dəyişikliklər uşaqlıqda xüsusilə intensivdir, lakin tədqiqatlar göstərir ki, beyin yetkin və yaşlı dövrdə də öyrənməyə qadirdir.
Təhsil həmçinin daha yüksək gəlir və tibb xidmətlərinə çıxış imkanını artırır, informasiyaya tənqidi yanaşma vərdişi formalaşdırır".
Mütəxəssisin sözlərinə görə, hər yeni dil öyrənmək, kurs keçmək, peşə və ya hobbi ilə məşğul olmaq beyində şəbəkələri yenidən qurmaq, əlaqələri möhkəmləndirmək və koqnitiv funksiyaların yaşla bağlı azalmasını təxirə salmaq imkanı yaradır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı