Uitkoff Ukrayna üzrə son üçtərəfli danışıqları şərh etdi, Rusiyanı təriflədi
Uitkoff Ukrayna üzrə son üçtərəfli danışıqları şərh etdi, Rusiyanı təriflədi
ABŞ Prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyanın Ukrayna üzrə son üçtərəfli danışıqlarda əsl kommunikasiya nümayiş etdirdiyini bildirib.
Bu barədə Ukraynanın TSN telekanalı məlumat verib.
Uitkoffun sözlərinə görə, nümayəndə heyətinin üzvləri ayrı-ayrı otaqlara gediblər, hərbi və iqtisadi məsələlər müzakirə olunub:
"Ruslara gəldikdə isə biz müəyyən mülayimlik və düşünürəm ki, əsl kommunikasiya gördük".
Qeyd edək ki, 17 və 18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib.
Rusiyanın nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib və o, görüşləri "ağır, lakin işgüzar" adlandırıb.
Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə görə isə tərəflər atəşkəsə nəzarət mexanizmi üzrə demək olar ki, razılığa gəliblər.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş