Ukrayna bütün lazımi silahları alacaq – Sibiqa
Ukrayna bütün lazımi silahları alacaq – Sibiqa
Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa martın 26-27-də Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin sammitinin yekunlarına dair “Ukrinform”a verdiyi müsahibəsində bildirib.
“(ABŞ Dövlət katibi Marko) Rubio səviyyəsində bəyan edildi: Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan, bu proqramdan digər ölkələrə heç nə yönləndirilməyib. Bu günə olan vəziyyətə görə, yönləndirmə ilə bağlı planlar da yoxdur”, – Sibiqa vurğulayıb.
O həmçinin qeyd edib ki, Ukrayna PURL proqramına daha bir ölkənin qoşulacağı barədə təsdiq alıb:
“Hələlik onun adını çəkə bilmərəm, lakin bu o deməkdir ki, bu proqram fəaliyyət göstərir və o inkişaf edəcək. Bu bizim strateji HHM-lərimizin gücləndirilməsi üçün yeganə mümkün alətdir”.
Daha əvvəl “The Washington Post” yazmışdı ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulmuş silahları Yaxın Şərqə yönləndirə bilər, çünki İrandakı müharibə Amerika ordusunun bəzi mühüm döyüş sursatı ehtiyatlarını tükəndirir.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp