Ukrayna ordusu niyə geri çəkildi?
Ukrayna ordusu niyə geri çəkildi?
Şəxsi heyəti qorumaq müharibənin normal bir hissəsidir. Ona görə də onların müəyyən mövqelərdən geri çəkilməsi fəlakət deyil.
Bunu ukraynalı hərbi ekspert İvan Timoçko Ukrayna ordusunun Qulyapolye bölgəsindən geri çəkilməsini şərh edərkən bildirib.
O qeyd edib ki, bu qərar mühasirəyə düşməmək üçün verilib:
“Düşmən əsas qüvvələrinin hazırda Pokrovsk-Mirnoqrad aqlomerasiyası ərazisində olduğunu nəzərə alaraq, cinahlarını genişləndirməyə çalışır. Ruslar dumandan və digər şəraitdən istifadə edərək bu istiqamətdə xeyli artilleriya cəmləşdiriblər.
Vəziyyətin kiçik yaşayış məntəqələri daxilində baş verdiyini nəzərə alsaq, iri sənaye tikililərindən istifadə etməklə hər hansı sərt istehkam sistemi qurmaq mümkün deyildi. Düşmənin mövqelərimizdən yan keçməyə hazırlaşdığı barədə əlavə məlumat alınaraq, geri çəkilmək qərarı verildi".







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib