Ukrayna XİN: Rusiya zərbələri Avropa üçün nüvə qəzası riski yaradır
Ukrayna XİN: Rusiya zərbələri Avropa üçün nüvə qəzası riski yaradır
Rusiya məqsədli şəkildə Ukraynanın enerji sisteminə zərbələr endirir, bu isə nüvə elektrik stansiyalarının kritik rejimlərdə işləməsinə səbəb olur və bütün Avropa üçün genişmiqyaslı nüvə qəzası riski yaradır.
Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha bildirib.
Nazirin sözlərinə görə, sistemli zərbələr nəticəsində fəaliyyətdə olan üç Ukrayna nüvə elektrik stansiyası gücünü azaltmağa məcbur qalır, bəzi hallarda isə enerji bloklarının avtomatik söndürülməsi baş verir.
Diplomat qeyd edib ki, vəziyyət Rovno və Xmelnitski nüvə elektrik stansiyalarının əraziləri üzərində Rusiya dronlarının mütəmadi uçuşları ilə daha da mürəkkəbləşir.
Nazirin sözlərinə əsasən, hazırda vəziyyət yalnız stansiya personalının peşəkarlığı sayəsində nəzarətdə saxlanılır, lakin Rusiya gərginliyi qəsdən artırmaqda davam edir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf