Urmu gölü yayın sonuna kimi quruyacaq
Urmu gölü yayın sonuna kimi quruyacaq
"Yayın sonuna kimi Urmu gölünün tamamilə qurumasının şahidi olacağıq".
Bunu İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə deyib.
"Mən bu gün səhər keçirdiyimiz iclasda hesabat verdim və məlum oldu ki, gölün hazırkı səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyun həcmi isə təxminən yarım milyard kubmetrdir.
İyul, avqust və sentyabr aylarında buxarlanmanın intensivliyini və ölkə üzrə yüksək temperaturu nəzərə alsaq, buxarlanmanın bu intensivliyi və gölün səthinə daxil olan suyun olmaması onu göstərir ki, biz çox güman ki, bu yayın sonuna kimi Urmu gölünün tamamilə qurumasının şahidi olacağıq.
Gölü xilas etmək üçün indi görülməli olan iş payız əkini üçün kənd təsərrüfatı bitkilərinin növünün müzakirəsinə başlamaq, fermerlərin su payını müəyyən etmək və gölə daxil olan suyun miqdarını nəzərdən keçirməkdir", - o bildirib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..