Telefon
WhatsApp
Uşaq davranışlarını dəyişdirən oyuncaqlar hansılardır?
300 X 250 Reklam Alanı

 

Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirirSon illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifadəsi artmaqdadır. Oyuncaqların dizaynında reallığa yaxın elementlərin üstünlük təşkil etməsi isə bu məsələni təkcə əyləncə vasitəsi yox, həm də psixoloji və sosial baxımdan müzakirə mövzusuna çevirir. Xüsusilə bu cür oyuncaq silahların uşaqların psixi inkişafına, davranış modellərinə və gələcək dünyagörüşlərinə təsiri cəmiyyətin diqqətini çəkməyə başlayıb.

 

Mövzunun psixoloji tərəflərini aydınlaşdırmaq və real görünüşlü oyuncaq silahların uşaqlara, xüsusilə yeniyetmələrə təsirini anlamaq üçün psixoloq Nərmin Ağayeva ilə əlaqə saxlayıb. O bildirib ki, real silaha bənzər oyuncaqların yayılması zorakı davranış halların atmasına səbəb olur.

Son illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifadəsi artmaqdadır. Oyuncaqların dizaynında reallığa yaxın elementlərin üstünlük təşkil etməsi isə bu məsələni təkcə əyləncə vasitəsi yox, həm də psixoloji və sosial baxımdan müzakirə mövzusuna çevirir. Xüsusilə bu cür oyuncaq silahların uşaqların psixi inkişafına, davranış modellərinə və gələcək dünyagörüşlərinə təsiri cəmiyyətin diqqətini çəkməyə başlayıb.

 

Mövzunun psixoloji tərəflərini aydınlaşdırmaq və real görünüşlü oyuncaq silahların uşaqlara, xüsusilə yeniyetmələrə təsirini anlamaq üçün psixoloq Nərmin Ağayeva ilə əlaqə saxlayıb. O bildirib ki, real silaha bənzər oyuncaqların yayılması zorakı davranış halların atmasına səbəb olur :

 

"Son dövrlərdə bazarda real silaha bənzər oyuncaqların yayılması uşaqlarda həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olur. Həmin uşaqlarda aqressiv davranışlar artır, empatiya qabiliyyəti azalır, reallıq və fantaziya qabiliyyəti biri-birinə qarışır, qorxu və travma hisləri çoxalır. Eyni zamanda uşaq beynində oyun və davranış metodları formalaşır. Bunun nəticəsində zorakı davranış hallarında artım müşahidə olunur. Aqressiya onlar üçün normal davranış üsuluna çevrilir". Eyni zamanda valideynin "hamının uşağında var, bizimkində də olsun" kimi fikirləri sosial təzyiqə əsaslanır. Çünki uşağın şəxsiyyət kimi formalaşmasında əsas rolu valideyn oynayır. Uşaqda sosial müqayisə halları artır və o, kütləvi psixologiya təsiri altında yoluna davam edir. Eyni zamanda uşaqlarda risqli davranışlara dözümlülük və onların formalaşması halları yaranır".

 

O, həmçinin qeyd edib ki, video oyunlardakı zorakılıq halları uşaqlarda empatiya itkisinə səbəb olur:

 

Video oyunlardakı zorakılıq halları uşağın zehininə birbaşa təsir edir, oyuncaq silahlar isə bədən yaddaşına zorakı təsir göstərir. Oxşar cəhət ondan ibarətdir ki, hər ikisində aqressiv davranış formaları olur, empatiya itkisi müşahidə edilir, güc-nəzarət əlaqəsi və desensitizasiya (hissizləşmə) halları baş verir. Eyni zamanda fərqli tərəflər də mövcuddur. Yəni, oyuncaqlarda əsas təhlükə fiziki təmas və sosial təsirlərdən ibarətdir ki, bu da uşaqların təxəyyül aktivliyinə böyük ziyan vurur

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150