Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb
Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb
ABŞ-nin Venesuelaya təhdidləri imperializmin və psixoloji müharibənin yeni formasıdır.
Bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto Amerikanın sülh və suverenliyi uğrunda Xalqlar Assambleyasının açılışında bildirib.
Nazir qeyd edib ki, Avropa İttifaqı tərəfindən dəstəklənən Amerika sanksiyalarının Qərb üçün arzu olunan nəticələrə gətirib çıxarmaması səbəbindən Venesuelaya qarşı psixoloji müharibə başlanıb.
"Bu, bəlkə də iqtisadi, hərbi və media gücünün misli görünməmiş psixoloji müharibə aparmaq üçün istifadə edildiyi 200 il ərzində ilk belə təhdiddir", - nazir deyib.
Xarici işlər naziri Vaşinqtonun ABŞ-nin qitədə hökmranlığını qurmaq məqsədi ilə Monro doktrinasını canlandırmaq üçün imperialist cəhdlərini pisləyib. O, ABŞ siyasətinin yalnız Venesuela üçün deyil, bütün Latın Amerikası və dünyanın suveren xalqları üçün birbaşa təhlükə olduğunu vurğulayıb.
Hil Pinto Venesuela ilə həmrəylik nümayiş etdirən ölkələrə təşəkkürünü bildirib, qeyd edib ki, ABŞ-nin təhdidlərinə baxmayaraq, Venesuela xalqı sülh içindədir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib