Venesuela sahillərində hərbi qarşıdurma: ABŞ esmines göndərir, Maduro səfərbərlik elan edir
Venesuela sahillərində hərbi qarşıdurma: ABŞ esmines göndərir, Maduro səfərbərlik elan edir
ABŞ gəmiləri narkokartellərlə mübarizə əməliyyatı çərçivəsində həftəsonuna qədər Venesuela sahillərinə çata bilər.
Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Prezident Tramp olduqca aydın və ardıcıl danışdı. O, ölkəmizə narkotik axınını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-nin bütün imkanlarından istifadə etməyə hazırdır", - deyə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Telekanalın məlumatına görə, əməliyyat ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Venesuela Prezidenti Nikolas Maduroya təzyiqlərinin artması fonunda həyata keçirilir. Tramp Maduronu narkotik alveri ilə bağlı olduğu iddia edilən cinayətlərdə ittiham edir.
Öz növbəsində Venesuela Prezidenti Nikolas Maduro ölkədə vəziyyətin sabitliyini pozmağa yönəlmiş ABŞ-dən gələn təhlükə ilə əlaqədar Bolivar Milli Milislərinin səfərbər olunduğunu bəyan edib.
Maduronun sözlərinə görə, Bolivar Milli Milislərinin 4.5 milyondan çox üzvü var.
Qeyd edək ki, avqustun 19-da Pentaqondakı mənbələrə istinadən xəbərlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesin tezliklə Karib dənizinin cənubuna çatacağı və narkokartellərlə mübarizə əməliyyatları aparmaq üçün Venesuela sahillərində olacaqları bildirilirdi. Gəmilər kəşfiyyat və müşahidə missiyaları həyata keçirəcək, həmçinin lazım gəldikdə dəqiq zərbələr endirəcək. Gəmilərin göyərtəsində 4 500-ə yaxın hərbçi var.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..