Venesuelanın XİN başçısı: BMT-nin Baş katibi ölkəmizə dəstək verdi
Venesuelanın XİN başçısı: BMT-nin Baş katibi ölkəmizə dəstək verdi
BMT-nin baş katibi Antoniu Quterreş Venesuelaya dəstəyini ifadə edib və ABŞ-nin Karib hövzəsindəki hərbi təhdidini əsassız hesab edir.
Bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Quterreşlə görüşündən sonra teleqram kanalında bildirib.
"Biz (BMT) baş katibə göstərdiyi dəstəyə görə təşəkkür edirik. O, ABŞ-nin Karib hövzəsindəki hərbi təhdidini əsassız və qəbuledilməz hesab etdiyini təsdiqlədi, çünki bu, BMT Nizamnaməsini pozur və bütün regionun sabitliyini və suverenliyini təhdid edir", - nazir bildirib.
Xarici işlər naziri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı sistemi günahsız xalqlara qarşı yeni cinayətkar təcavüzlərin, Fələstində soyqırımı kimi BMT-nin prinsiplərinin daha da məhvinə gətirib çıxaracaq təcavüzlərin qarşısını almalıdır.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..