Von der Leyen: Aİ Hörmüz boğazına gəmilərini yalnız münaqişədən sonra göndərə bilər
Von der Leyen: Aİ Hörmüz boğazına gəmilərini yalnız münaqişədən sonra göndərə bilər
Avropa İttifaqı Hörmüz boğazına gəmilərini yalnız münaqişədən sonra göndərə bilər.
Bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avstraliya Baş naziri Entoni Albaneze ilə görüşdən sonra verib.
Avropa ölkələrinin Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdəki roluna dair sualı cavablandıran Von der Leyen, gələcəkdə belə bir imkanın istisna edilmədiyini bildirib.
O, qeyd edib ki, “Avropa İttifaqının liderləri yalnız döyüş əməliyyatları bitdikdən sonra hər hansı bir əməliyyat və ya missiya həyata keçirməyi nəzərdən keçirə bilərlər”.
Von der Leyen enerji təminatı məsələsinin artıq qlobal müttəfiqlər üçün “kritik” olduğunu etiraf edib. “Bütün dünyada bunu qaz və neft qiymətlərinin artımı şəklində hiss edirik. Lakin ən vacibi məsələlərin danışıqlar yolu ilə həllinə nail olmaqdır”, – o, əlavə edib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp