Vəfat edən şəxsin pensiyasını almaq üçün şərtlər
Vəfat edən şəxsin pensiyasını almaq üçün şərtlər
Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40 faizinin yaşı 65-dən az olub. Qeyd olunan dövrdə dünyasını dəyişən kişilərin 47 faizi pensiya yaşına çatmayıb. Bu vəziyyət bir məsələni aktuallaşdırır.
Bəs ölən şəxslərin pensiya kapitalından kimlər yararlana bilir?
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, ər-arvaddan biri vəfat etdikdə digər tərəf onun əmək pensiyasını almaq hüququna malikdir:
"Məsələn, kişinin əmək pensiyası qadınınkından yüksəkdirsə, qadın müraciət edərək ərinin təqaüdünü ala bilər".
Digər ekspert hüquqşünas Vüsal Cəfərov isə qeyd edir ki, hazırda qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının birdəfəlik şəkildə onun vərəsələrinə verilməsi ilə bağlı hər hansı bir tənzimləmə mövcud deyil:
"Lakin ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə təyin olunan pensiyanın hesablanmasında nəzərə alınır".
Ekspertlər bildirirlər ki, digər hallarda vəfat edən şəxsin pensiya kapitalı həmrəylik prinsipi əsasında xərclənir. Yəni fərdi uçot əsasında toplanmasına baxmayaraq, yığılan vəsait digər şəxslərin pensiyalarının ödənilməsinə yönəldilir







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib