Vətəndaşlar sığorta hesabına dərmanları apteklərdən ala biləcəklər
Vətəndaşlar sığorta hesabına dərmanları apteklərdən ala biləcəklər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.
Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşdıqdan sonra müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək:
"O, həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "e-resept" sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək".
E.Quliyev bildirib ki, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək:
"Lisenziyası olan və müvafiq sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər. Həmin müraciət əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında sənədin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün proses müqavilənin şərtlərinə uyğun tənzimlənəcək".







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək