Xankəndidə bayram yarmarkası fəaliyyətə başlayıb
Xankəndidə bayram yarmarkası fəaliyyətə başlayıb
Bu gün Xankəndi şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başlayıb.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir. Yarmarkaya sakinlər tərəfindən böyük maraq müşahidə olunur.
Bu gündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək. Tədbir çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli proqramlar da nəzərdə tutulub ki, bu da bayram ovqatını daha da artırır. Qeyd edək ki, martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı