Yaponiya Çinlə münasibətlərin sabitləşməsinə çalışır
Yaponiya Çinlə münasibətlərin sabitləşməsinə çalışır
"Yaponiya hökuməti Çinlə münasibətləri konstruktivlik və sabitlik vəziyyətinə qayıtmasında maraqlıdır".
Bunu jurnalistlərə Yaponiyanın hakim Liberal Demokratik Partiyasının siyasi şurasının rəhbəri Takayuki Kobayaşi Çin Xarici İşlər Nazirliyinin öz vətəndaşlarına Yaponiyaya səfər etməməsi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.
Yaponiya rəsmisi ümid edir ki, Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı şərhlərindən və Pekinin sərt cavabından sonra başlayan gərginliyi aradan qaldırmaq mümkündür.
"Biz baş verənlərə sakit yanaşmalıyıq. Yaponiya-Çin münasibətlərinin konstruktiv və sabit olması üçün dialoqu və səyləri davam etdirəcəyik", - Kobayişi bildirib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..