Yaxın Şərq İslam Şurası yaradılsın - Pezeşkian
Yaxın Şərq İslam Şurası yaradılsın - Pezeşkian
Biz Yaxın Şərqdə islam ölkələrinin daxil olacağı, bölgədə sülh və sabitliyi təmin edəcək təhlükəsizlik qurumunun yaradılmasını təklif edirik.
Bunu İran Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibəti ilə çıxış edərkən deyib.
Pezeşkianın sözlərinə görə, regionun xarici qüvvələrə ehtiyacı yoxdur. Həmçinin müsəlman ölkələri ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətlərin tənzimlənəcəyi “Yaxın Şərq İslam Şurası" yaradıla bilər.
“Bizim bir birimizlə vuruşmağa və heç bir bəhanə ilə düşmənlərimizin bizim üçün qurduğu tələyə düşməyə haqqımız yoxdur", - deyə İran Prezidenti əlavə edib.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ