Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaratdı - Sürücülərdən NARAZILIQ
Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaratdı - Sürücülərdən NARAZILIQ
Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla irəliləyirlər ki, bu da tıxacları daha da artırıb.
Sürücülərin sözlərinə görə, əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəni indi ikiqat vaxta gedirlər.
Onlar bildirirlər ki, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonar vəziyyət daha da xaotik hal alıb.
Ekspertlər isə deyirlər ki, həmin istiqamətdə yaşayış məntəqələrinin çoxluğu nəqliyyat axınını artırır. Ekspertlər problemin həlli kimi vətəndaşların ictimai nəqliyyata üstünlük vermələrini görürlər.
Qeyd edək ki avtobuslar əvvəllər Moskva prospekti-Biləcəri enişi və dairəsi kimi tanınan ərazidən keçməklə Sumqayıt-Masazır-Xırdalan istiqamətində hərəkət edirdilər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..