Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır
Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır
Şəfaət Mehdiyev küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xətlənmə işləri aparılıb. Lakin bu işlərdən sonra ərazidə uzun tıxacların yaranması sürücülərin narazılığına səbəb olub.
Sürücülərdən biri yaranan sıxlıqdan şikayət edərək, "Çox pisdir, tıxac yaranır", - deyə bildirib.
Başqa bir sürücü isə yol nişanlarının yerləşdirilməsi ilə bağlı çətinlikləri vurğulayıb:
"Qayda pozmalı oluruq. Ona görə ki, yolayrıcına çatanda görürük ki, işarə ancaq yerdədir. Yuxarıda asılı vəziyyətdə olsa, görərik. Çox çətinlik çəkirik".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirib ki, göstərilən ərazidə hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla mikromobillik zolağı təşkil edilib, yəni zolaqların sayı dəyişdirilməyib. Əlavə olaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Şəfaət Mehdiyev küçəsi istiqamətində sola dönmə zolağı təşkil edilib ki, bu da Hüseyn Cavid prospekti ilə kəsişmədəki yükün paylanmasına hesablanıb.
Qeyd olunub ki, dəyişiklikdən sonra bu istiqamətdə vəziyyət əvvəlki ilə müqayisədə xeyli yaxşılaşıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib