"Yer kürəsində artıq dörd fəsil mövcud deyil" - Avstraliya alimlərinin araşdırması
"Yer kürəsində artıq dörd fəsil mövcud deyil" - Avstraliya alimlərinin araşdırması
Avstraliya alimlərinin iddiasına görə, Yer kürəsində artıq dörd fəsil mövcud deyil və hazırda onların sayını ayırd etmək də çətindir.
Avstraliyanın Elm və Sənaye Tədqiqatları Birliyinin müvafiq araşdırması "Live Science" jurnalında nəşr olunub.
Tədqiqatın həmmüəllifi, ekoloq Drü Terasaki Hart bildirib ki, xüsusilə tipik yerli mövsümi tsiklin forması və vaxtının landşaft boyu çox dəyişdiyi bölgələrdə fəsilləri müəyyən etmək çətindir:
"Bunun həmin regionların ekologiyası və təkamülü üçün dərin təsirləri ola bilər".
Onun sözlərinə görə, tədqiqatçılar son 20 ilin peyk məlumatlarından yararlanaraq, dünya üzrə təxmini mövsümi ritmlərin xəritəsini tərtib ediblər. Bu xəritə göstərir ki, hətta bəzi yaxın bölgələrdə belə mövsümi dəyişikliklərin, məsələn, vegetasiya mövsümünün başlanğıcı və sonu arasında kəskin vaxt fərqi var.
Məsələn, tropik bölgələrdə və ya isti Aralıq dənizi iqlimi olan dağ yamaclarında fərqlər özünü büruzə verir.
Hartın sözlərinə görə, bu, o qədər də təhlükəli deyil: "Əksinə, fərqlər müəyyən ekosistemlərdə yüksək biomüxtəlifliyə, yeni növlərin inkişafına və hətta, məsələn, Kolumbiyada müxtəlif sort qəhvələrin yetişməsinə kömək edə bilər".







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf