Yerə uçan naməlum obyekt yaxınlaşır
Yerə uçan naməlum obyekt yaxınlaşır
Astronomlar noyabr ayında Yerə yaxınlaşacağı ehtimal olunan müəmmalı qalatikalararası obyekt kəşf ediblər. Bəzi fərziyyələrə görə, bu, Yerə hücum planlaşdıran potensial "düşmən gəmisi" ola bilər.
Bu barədə "New York Post" nəşri Harvard astrofiziklərinə istinadən məlumat yayıb.
Bildrilir ki, bu fərziyyə doğru çıxarsa, onun nəticələri bütün bəşəriyyət üçün fəlakətli ola bilər.
Tədqiqatçılar sözügedən obyekti iyulun 1-də kəşf ediblər. İlkin müşahidələr göstərir ki, o, diametri 24 kilometrə qədər çatan kometa ola bilər.
Alimlər bunun yerdənkənar casus texnologiyasının maskalanmış nümunəsi olduğunu ehtimal edirlər.
Uçan naməlum obyekt haqqında nəzəriyyə elmi ictimaiyyətdə tənqid və şübhə ilə qarşılanıb. Digər astronomların qənaətincə, hər şey bunun başqa bir günəş sistemindən atılan adi kometa olduğunu göstərir.







Oxşar -Yeniinfo.az
Məktəbli 2 qadını öldürdü - Braziliyada
Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
İran münaqişəsi: Tramp böyük risklə üzləşib
ABŞ-dan bu ölkəyə xəbərdarlıq: Sizinlə sonra məşğul olacağıq!
İranda güclü zəlzələ oldu
Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər, lakin...
Krıma PUA hücumu: beş nəfər öldü