Zelenski: Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir
Zelenski: Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir
Ukrayna ABŞ ilə daimi təmasdadır və sülh sazişi üzrə işin davam etdiriləcəyini gözləyir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında açıqlama verib.
Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirilən görüşlərin nəticələri barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovun təqdim etdiyi bugünkü məruzəni qeyd edib.
“Biz Amerika ilə daimi təmasdayıq və işin davamını gözləyirik. Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir və bizim tərəfdən tam əməkdaşlıq var. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq”, – deyə Zelenski vurğulayıb.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf