Zelenski müharibəni bitirmək üçün ən çətin məsələni açıqladı
Zelenski müharibəni bitirmək üçün ən çətin məsələni açıqladı
"Ukrayna atəşkəs əldə olunmayana qədər Rusiya ilə heç nə barədə razılaşa bilməz. Danışıqlar kontekstində ən çətin məsələ ərazilərdir".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna lideri Rusiyanın bütün Ukraynanı işğal etmək istədiyini xatırladıb.
"Bizim mövqeyimiz ilk növbədə atəşkəsdir. Düşünürəm ki, Tramp bunu başa düşür. Ən çətin məsələ hələ də ərazilərə aiddir", - Zelenski qeyd edib.
O bəyan edib ki, Rusiya atəşkəsə qarşıdır.
Ukrayna liderinin sözlərinə görə, Trampla söhbətində Ukraynanın enerji sektorunun atəşə tutulmasına qarşı cavab tədbirləri müzakirə olunmayıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..