Zelenski silah danışıqları üçün İsveçə gedir
Zelenski silah danışıqları üçün İsveçə gedir
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İsveçə rəsmi səfərə gedir.
Bu barədə İsveç hökuməti məlumat yayıb.
Məlumata görə, Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla görüşəcək və Linçyömpinq şəhərində yerləşən “Saab” şirkətinə məxsus müdafiə sənayesi zavoduna baş çəkəcək.
Görüşdən sonra Kristersson və Zelenski birgə mətbuat konfransı keçirəcək və hərbi təyinatlı məhsulların ixracı ilə bağlı bəyanat verəcəklər.
“Görüş zamanı liderlər Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini və İsveç ilə Ukrayna arasında ikitərəfli müdafiə əməkdaşlığını müzakirə edəcəklər”, — məlumatda bildirilir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..