Zelenski: "Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır"
Zelenski: "Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır"
"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə birsaatlıq telefon danışığı aparıb:
"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".
Zelenski əlavə edib ki, Ukraynanın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov dekabrın 25-də ABŞ-nin sülh təşəbbüslərinin müzakirəsini Vaşinqton nümayəndələri ilə davam etdirəcək.
Prezidentin sözlərinə görə, mühüm məqam ondan ibarətdir ki, sülh sazişi ilə bağlı bəzi sənədlər artıq hazırlanıb: "Mən görürəm ki, onlar demək olar tam hazırdır - bəzi sənədlər artıq hazırdır. Əlbəttə, həssas məsələlər üzərində hələ işləmək lazımdır".







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf