Zelenski Trampın sülh planına cavab olaraq uğurlu strategiya hazırlayıb
Zelenski Trampın sülh planına cavab olaraq uğurlu strategiya hazırlayıb
Ukrayna prezidenti Vladimir Zelenski Avropadakı müttəfiqlərinin dəstəyi ilə ABŞ prezidenti Donald Trampın sülh planına cavab strategiyası hazırlayıb. Məqsəd bu planı Ukrayna üçün qəbulolunan etməkdir.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşr yazır ki, bu strategiya mahiyyət etibarilə sadə “bəli, amma...” yanaşmasına əsaslanır və xüsusilə ən mübahisəli məqamların icra mexanizmləri ilə bağlı tərəfdaşlara təzyiq göstərilməsini nəzərdə tutur.
Məlumata görə, Zelenski seçkilərin keçirilməsinə hazırdır, lakin bunun üçün atəşkəs tələb olunur. O bildirir ki, hazırda Rusiya tərəfindən işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasında Rusiya tərəfinin iştirakı qala bilər, lakin vəziyyət Ukrayna və ABŞ tərəfindən nəzarətdə saxlanılmalıdır. Zelenski həmçinin Ukrayna ordusunun sayının məhdudlaşdırıla biləcəyini etiraf edir, lakin bu, mövcud səviyyələr çərçivəsində olmalıdır.
Nəşr qeyd edir ki, “bu yanaşma Zelenskiyə Trampın sülh baxışını dəstəkləməyə imkan verib, lakin ölkə daxilində siyasi nüfuzuna zərər vurmayıb”.
Onu da qeyd edək ki, ABŞ tərəfindən təklif olunan razılaşma Donetsk vilayətinin qalan hissəsinin “azad iqtisadi zona”ya və ya “demilitarizasiya olunmuş zona”ya çevrilməsini nəzərdə tutur. Bu zonadan Ukrayna qoşunları çıxarılmalı, Rusiya hərbçilərinin isə ora daxil olması qadağan edilməlidir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib