Zelenski Trampın Ukraynada prezident seçkisinin keçirilməsi ilə bağlı çağırışına cavab verdi
Zelenski Trampın Ukraynada prezident seçkisinin keçirilməsi ilə bağlı çağırışına cavab verdi
İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Ukraynada uzun müddətdir seçkilərin keçirilməməsi ilə bağlı qınağına cavab verib.
Bu barədə "La Repubblica" nəşrinə istinadən xəbər verir.
Zelenski Trampın "Ukraynada prezident seçkisinin keçirilməsinin vaxtı çatıb" sözlərinə cavab olaraq "Mən daim hazıram" deyib.
Trampın sözlərindən sonra Avropa İttifaqı Zelenskini qanuni prezident hesab etdiyini və Ukraynada prezident seçkisinin şərait imkan verdikdə keçirilməli olduğunu bəyan edib.
Eyni zamanda, Zelenski bildirib ki, Qərb tərəfdaşları ölkənin təhlükəsizliyinin təmin edilməsində kömək etsələr, Ukrayna növbəti 60-90 gün ərzində seçki keçirməyə hazır olacaq.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib