Zelenski: Ukrayna MiQ-29 təyyarələri əvəzinə Polşaya dronlar tədarük etməyə hazırdır
Zelenski: Ukrayna MiQ-29 təyyarələri əvəzinə Polşaya dronlar tədarük etməyə hazırdır
Ukrayna Polşaya pilotsuz uçuş aparatları üzrə texnologiyalar təqdim etməyə, əvəzində isə MiQ-29 qırıcıları və raketlər almağa hazırdır.
u barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün bildirdik ki, mübadiləyə hazırıq. Qışı keçirməliyik və bunun üçün müvafiq silahlara ehtiyacımız var”, – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna müasir dronların raket silahları ilə mübadiləsi imkanını da nəzərdən keçirir.
O, bu təşəbbüsü digər tərəfdaşlardan yardım paketlərinin tədarükündə yaranan gecikmələrlə izah edib.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ