Zelenski Ukraynanın Qiymətli Kağızlar üzrə Milli Komissiyasının sədrini vəzifədən azad edib
Zelenski Ukraynanın Qiymətli Kağızlar üzrə Milli Komissiyasının sədrini vəzifədən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 31-də Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyanın sədri Ruslan Məhəmmədovu vəzifəsindən azad edib.
Bu barədə Zelenskinin rəsmi saytında dərc olunan sərəncamda deyilir.
Sənəddə qeyd olunur:
“Ruslan Sadruddinoviç Məhəmmədov Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyasının sədri vəzifəsindən azad edilsin”.
Qərarın səbəbləri açıqlanmayıb.
Dövlət başçısının digər sərəncamı ilə Aleksey Semenyuk sözügedən qurumun yeni sədri təyin edilib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf