Zəfərə aparan yol: Vətən müharibəsinin 43-cü günü
Zəfərə aparan yol: Vətən müharibəsinin 43-cü günü
2020-ci il noyabrın səkkizi, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü.
Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tuturlar.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.
Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olur, mülki infrastruktura ziyan dəyir.
Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı olur. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana və Şəhidlər xiyabanına gəlirlər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edir, möhtəşəm xəbəri çatdırır:
Zəfərə aparan yol: Vətən müharibəsinin 43-cü günü
"Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək