Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR
Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR
Yollar, tunellər çəkilir... Qovşaqlar, keçidlər qurulur... Bura Zəngəzur dəhlizinə aparan yoldur.
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevriləcək. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.
2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.
Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi isə mərhələli şəkildə aparılır. Birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlını, ikinci mərhələ isə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını əhatə edir. Üçüncü mərhələ üzrə də işlər aktiv şəkildə davam etdirilir.
O da qeyd olunub ki, layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək