Əfqanıstan XİN: "Pakistanla sülhün tərəfdarıyıq"
Əfqanıstan XİN: "Pakistanla sülhün tərəfdarıyıq"
Kabil İslamabadla sülh münasibətlərinin tərəfdarıdır, lakin lazım gələrsə, öz təhlükəsizliyini müdafiə etməyə hazırdır.
Bunu Hindistanda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi deyib.
"Biz Pakistanla sıfır gərginlik və dinc münasibətlər istəyirik. Lakin münasibətlər düzgün idarə olunmasa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik", - deyə IANS Müttəqidən sitat gətirib.
O əlavə edib ki, Pakistan Əfqanıstanı təqsirləndirmək əvəzinə öz məntəqələrinə nəzarət etməlidir.
Qeyd edək ki, ötən günlərdə Əfqanıstanla Pakistan arasında sərhəd münaqişəsi baş verib. Silahlı toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi həlak olub.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..