Əliyev-Paşinyan görüşü: bu fotoya diqqətlə baxın – Qazaryan
Əliyev-Paşinyan görüşü: bu fotoya diqqətlə baxın – Qazaryan
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşdə çəkilən foto müzakirələrə səbəb olub.
Sözügedən foto erməni siyasi sferasında müxtəlif aspektlərdə şərh edilib.
Belə ki, erməni ekspert Edqar Qazaryan liderlərin masasındakı detallara diqqət çəkərək bildirib ki, Paşinyanın qarşısında qeyd dəftəri olduğu halda, Prezident Əliyevin qarşısında hər hansı dəftər olmayıb.
Onun sözlərinə görə, bu fakt danışıqlar zamanı Paşinyanın qeyd aparmalı olduğu çox sayda məsələnin müzakirə edildiyini, Azərbaycan Prezidentinin isə hər hansı əlavə qeydə ehtiyac duymadığını göstərir.
Görüşdə həmçinin dövlət bayraqlarının olmaması da vurğulanıb, lakin bunun protokol qaydası ilə uyğunluq təşkil etdiyi bildirilib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı